AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı alimlər HORİZON 2020 layihəsi çərçivəsində Portuqaliyada işgüzar səfərdə olublar - FOTO

  • + A
  • - A
  • 17-05-2022, 15:34

    Azərbaycanlı alimlər HORİZON 2020 layihəsi çərçivəsində Portuqaliyada işgüzar səfərdə olublar - FOTO

    Milli Nüvə Tədqiqatları Mərkəzi Avropa İttifaqının HORİZON 2020 çərçivəsində (H2020/MSCA/RISE/SSHARE No. 871284) beynəlxalq layihəsini icra edir. Mərkəz bu layihənin icrasında Portuqaliyanın NOVA İD FCT və Lusofona Texnologiyalar Universitetləri, o cümlərdən Ukraynanın Taurida Dövlət Aqrotexnologiya Universiteti və Ukrayna Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edir. Azərbaycanlı alimlərlə yanaşı Ukrayna, Portuqaliya, İspaniya, Belorus, Tacikistan və Özbəkistandan olan alimlərdən ibarət müvəqqəti yaradılmış elmi konsorsium layihəni icra edir.
    Layihənin məqsədi enerji sərfiyyatının azaldılması ilə nəticələnəcək atmosfer rütubətindən istifadə edərək binanın soyudulması və ya qızdırmasına imkan verən xüsusi innovativ örtüklərin hazırlanması və xassələrinin öyrəilməsi kimi elmi tədqiqat işlərini əhatə edir.
    NOVA İD FCT Universitetinin və Lusófona Texnologiyalar Universitetinin əməkdaşları ilə keçirilmiş görüşlər zamanı layihənin planına uyğun olaraq, Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-də hazırlanmış nano tərkibli materialların testi və müasir analitik metodlarla tədqiqi məqsədi ilə WP1 və WP2 nəticələrinin iş paketlərinin müzakirəsi üçün seminar iclas keçirilmişdir.
    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin əməkdaşları Azər Sadıqov və Cəlal Nağıyev Portuqaliyanın Lissabon şəhərindəki NOVA İD FCT və və Lusofona Texnologiyalar Universitetlərində elmi məruzələrlə çıxış ediblər. Azərbaycanlı alimlər bu istiqamətdə aparılan elmi-tədqiqat işlərini təqdim etməklə yanaşı, layihə barəsində də geniş fikir mübadiləsi aparıblar.
    Layihənin iş cədvəlinə uyğun olaraq, İnnovativ nano-strukturlu rütubəti elektrik enerjisinə çevrilən məsaməli blok “Kvant diod” strukturunun inkişafı və optimallaşdırılması məqsədi ilə müxtəlif ölçülü 7,5-80 nm YZS nanotozlarından istifadə etməklə, Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-də hazırlanmış ölçüyə görə sıralanmış dielektrik nanohissəcikli materiallar seriasının yeni mezoskopik (məsaməli blok) strukturlarının elmi tədqiqi üçün analitik metodlar müzakirə olunmuşdur.
    Layihə çərçivəsində nano oksid əsasında alınmış materialların atmosferdə nəmlik qradiyentinin təsiri ilə elektrik potensialı yaranmasının qanunauyğunluğu tədqiq edilmiş və tapılmış optimal rejimin parametrləri müzakirə edilmişdir. Layihə çərçivəsində rütubətdən elektrik enerjisinə çevirmə qabiliyyətinə malik olan yeni nanomateriallar hazırlanaraq onların elektro-fiziki xassələrin tədqiqatları aparılaraq öyrənilir. Kalsium silikat (CaSiO3) matrisli müxtəlif keçid elementlərinin nano oksidləri ilə aşkarlanmış materiallarda konvertorun çıxış gərginliyinin səviyyəsinin çeviricinin məsaməli strukturundan, materialın növü üzrə çıxış gərginliyinin işarəsindən, çevirici material hissəciklərinin səth mərkəzlərinin növü və işarəsindən, adsorbsiya edilmiş nəmin (su molekullarının) miqdarından, çıxış gərginliyinin vaxtından, faza tərkibi, hissəciklərin morfologiyası və səth xassələri kimi parametrlərdən asılılığı öyrənilmişdir.
    Avropa İttifaqının prioritet sahəsi kimi və “Plus Energy Houses” EU 2050 strategiyasına uyğun olaraq hazırlanacaq örtük panellər, yüksək rütubət olan ərazilərdə ev və binaların elektrik enerjisinə olan təlabatın bir qisimini ödəməklə enerji sərfiyatının azaldılmasına töhfə verəcəyi gözlənilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR