AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTU-da İnnovativ Texnologiyalar Mərkəzi yaradılacaq

  • + A
  • - A
  • 2-06-2021, 17:07


    Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclasda rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanan ikili diplom proqramı haqqında müqavilənin detalları barədə şura üzvlərinə məlumat verib. Rektor may ayında Ukraynaya etdiyi işgüzar səfər və bu ölkənin aparıcı ali təhsil müəssisələri ilə imzalanan müqavilələr haqqında məlumatı da iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, imzalanan əməkdaşlıq və ikili diplom proqramı haqqında müqavilələrə əsasən, AzTU-da Qazi Universitetinin və Ukrayna ali təhsil müəssisələrinin təcrübələrindən istifadə olunacaq.

    İclasın gündəliyinə uyğun olaraq 2020-2021-ci il yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məlumat, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Bundan başqa, Vətən müharibəsində iştirak edən tələbələrə yekun dövlət attestasiyasında güzəşt edilməsi ilə bağlı qərar da yekdilliklə qəbul edilib.

    İclasda AzTU-nun da tərəfdaş olduğu Erasmus+KA2 proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində universitetdə İnnovativ Texnologiyalar Mərkəzi adlı bilik mərkəzinin yaradılması qərara alınıb. Qeyd olunub ki, UniClaD layihəsi 2020-2023-cü illəri əhatə edir. Məqsəd 9 ölkənin partnyor universitetlərinin Avropanın klaster təcrübəsini öyrənməsi, eyni zamanda universitet-sənaye işbirliyinin gücləndirilməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR