AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanın Laqodexi rayonunda soydaşlarımız üçün tamaşa nümayiş olunub

  • + A
  • - A
  • 15-06-2024, 11:40

    Gürcüstanın Laqodexi rayonunda soydaşlarımız üçün tamaşa nümayiş olunub

    Tiflisdə azərbaycanlılar üçün tamaşa hazırlanıb.

    Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, Gürcüstan respublikasının mədəniyyət və idman nazirliyinin maddi dəstəyi ilə Gürcüstanın regionlarına Pərvin Nurəliyevanın "Mən öləndə ağlama" və Əziz Nesinin "Öldür məni əzizim" tamaşaları ilə qastrol səfərləri çərçivəsində Qabal qəsəbəsində olublar.

    İctimai fəal və müəllim Elvin Tağıyevin AzadMedia.az-a verdiyi məlumata görə, Əziz Nesinin "Öldür məni əzizim" əsərinin motivləri əsasında hazırlanmış tamaşa, azərbaycanlı soydaşlarmız üçün səhnələşdirilib.

    Onun sözlərinə görə oxşar tamaşalar icmada heç zaman olmayıb və belə bir tamaşanın gerçəkləşdirilməsi, bütün tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Teatırın bölgələrdə də fəaliyyətinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb və oxşar teatır tamaşalarının gələcəkdə də təşkil ediləcəyinin böyük sevinclə gözləyəcəklərini dilə gətirib

    Sonda E.Tağıyev, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı'nın rəhbərliyi başda olmaqla, bütün aktyor və aktrisalarına tamaşa üçün öz təşəkkürünü bildirərək faliyyətlərində uğurlar arzulayıb






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR