AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan yeni ballistik raketini təqdim edib

  • + A
  • - A
  • 12-02-2026, 11:00

    Pakistan yeni ballistik raketini təqdim edib

    Pakistanın "Global Industrial and Defense Solutions" (GIDS) şirkəti Səudiyyə Ərəbistanında keçirilən 2026-cı il "World Defence Show 2026"da "SMASH" adlı yeni hipersəs gəmi əleyhinə ballistik raketini təqdim edib.

    "SMASH" həm dəniz, həm də quru hədəflərini vura bilir.

    Gəmi əleyhinə konfiqurasiyasında raket 290 kilometr mənzili qət edir və döyüş başlığı 384 kq ağırlığındadır.

    Raket, dənizdə hərəkət edən hədəflərini yüksək dəqiqliklə izləməyə imkan verən aktiv radar axtarıcısı ilə inteqrasiya olunmuş "HD GNSS inertial" naviqasiya sistemi ilə təchiz olunub.

    Ötən ilin sonu Pakistan Hərbi Dəniz Qüvvələri bildirib ki, yeni raketin ilk daşıyıcıları "Zülfüqar" sinfinə məxsus freqatlar (F-22P) olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR