AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADY-də yükdaşımaların həcmi 13 faiz artıb

  • + A
  • - A
  • Bu gün, 10:57

    ADY-də yükdaşımaların həcmi 13 faiz artıb

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar-oktyabr aylarında yükdaşımaları üzrə artım nümayiş etdirib.

    ADY-dən verilən məlumata görə, hesabat dövründə ümumilikdə 15 milyon 691 min ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.

    Təkcə oktyabr ayında 1 milyon 714 min ton yük daşınıb ki, bu da illik müqayisədə 22 faiz artım deməkdir.

    Tranzit daşımalarının həcmi 10 ayda 6 milyon 582 min tona çatıb. Bu göstərici ötən ilin müvafiq dövründən 20 faiz çoxdur. Oktyabrda isə tranzit daşımaları 817 min ton təşkil edərək 49 faiz artıb.

    Konteyner daşımalarında da yüksəliş qeydə alınıb. Belə ki, yanvar-oktyabr aylarında 132 500 TEU konteyner daşınıb. Bu, illik müqayisədə 18 faiz artım deməkdir. Oktyabrda isə göstərici 67 faiz artaraq 16 200 TEU-ya çatıb.

    Həmçinin, Çindən 10 ay ərzində 472 blok-qatar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur.

    Astara Terminalında 753 614 ton yük aşırılıb. Bu, illik müqayisədə 37 faiz artım deməkdir. Oktyabrda terminalda 122 216 ton yük aşırılaraq aylıq rekord göstərici qeydə alınıb.

    Bakı Beynəlxalq Dəniz Limanında isə konteyner aşırılması 112 min TEU-nu ötüb. Bu, limanın tarixində ən yüksək göstəricidir və ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz çoxdur.

    Qeyd olunan nəticələr Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin möhkəmlənməsinə və tranzit imkanlarının genişlənməsinə töhfə verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR