AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstanda prezidentliyə namizədlərin sayı 7-yə yüksəlib

  • + A
  • - A
  • Bu gün, 10:40

    Qırğızıstanda prezidentliyə namizədlərin sayı 7-yə yüksəlib

    Qırğızıstanda keçiriləcək prezident seçkilərində iştirak etmək istəyənlərin sayı yeddiyə çatıb.

    TASS-ın məlumatına görə, keçmiş deputat Baktıbek Kalmamatov namizədliyinin irəli sürülməsi ilə bağlı ölkənin Mərkəzi Seçki Komissiyasına müraciət edib.

    Bundan əvvəl hazırkı prezident Sadır Japarov, Aymen Kasenov, Azamat Esenbekov, Sıymık Japıkeev, Akay Kıdırov və İshak Masaliyev də seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.

    Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək. Namizədliklərin irəli sürülməsi prosesi noyabrın 13-də başa çatacaq. Namizədlərin qeydə alınması üçün ən azı 30 min seçici imzası toplaması və 11,4 min dollar məbləğində girov yatırması tələb olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR