AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İshaq Dar və Fidan regionda sülhün təşviqi üçün dialoqun vacibliyini vurğulayıb

  • + A
  • - A
  • 29-03-2026, 17:00

    İshaq Dar və Fidan regionda sülhün təşviqi üçün dialoqun vacibliyini vurğulayıb

    Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar və Türkiyənin XİN rəhbəri Hakan Fidan İslamabadda keçirilən görüşdə ikitərəfli münasibətlərlə Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

    Bu barədə Pakistan XİN-in "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

    Qeyd olunub ki, görüş zamanı İshaq Dar Pakistan və Türkiyə arasında ortaq tarixə, mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan tarixi və qardaşlıq əlaqələrini vurğulayıb. O, ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnunluğunu ifadə edib və Pakistanın qarşılıqlı maraq doğuran bütün sahələrdə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu təsdiqləyib.

    "Danışıqlar ikitərəfli münasibətlərin bütün spektrini nəzərdən keçirməyə imkan yaratdı. Nazirlər sıx koordinasiyanı saxlamaq və Pakistanla Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində birgə işi davam etdirmək barədə razılığa gəldilər", - bəyanatda vurğulanıb.

    Onlar həmçinin son regional hadisələr, o cümlədən İrandakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb, sülh və sabitliyin təşviqi üçün dialoqun və ardıcıl diplomatik qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR