AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ GƏMİLƏRİ 1000 KM GERİ ÇƏKİLİB

  • + A
  • - A
  • Bu gün, 11:54

    ABŞ GƏMİLƏRİ 1000 KM GERİ ÇƏKİLİB

    İranın elit hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi qüvvələrinin bölgədə geri çəkildiyini iddia edib.

    Qurumun komandan müavini Əli Fədəvi dövlət televiziyası IRIB-ə verdiyi müsahibədə bildirib ki, hazırda ABŞ-a məxsus aviadaşıyıcılar Fars körfəzində mövcud deyil.

    Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri İran sahillərindən təxminən 1000 kilometr uzaq məsafəyə çəkilib. Fədəvi qeyd edib ki, İran qüvvələri öz gücünün yalnız minimal hissəsindən istifadə edib və Vaşinqton bu səbəbdən geri addım atmağa məcbur olub.

    SEPAH rəsmisi ABŞ-ın ən həssas nöqtəsinin məhz hərbi gəmiləri olduğunu vurğulayıb. O əlavə edib ki, ABŞ tərəfi real vəziyyəti gizlətmək üçün yanlış siqnallar yayır və gəmilərin yerləşdiyi məsafə rəsmi açıqlanandan daha uzaqdır.

    İranlı general bu vəziyyətin ölkəsinin hərbi qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu göstərdiyini də bildirib.

    Qeyd edək ki, rəsmi Vaşinqton tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR