ERMƏNİSTAN XİN BAŞÇISININ BAHALI GEYİMİ MÜZAKİRƏ YARADIB

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın geyimi ilə bağlı mediada diqqətçəkən iddialar yayılıb.
“Qırmızı xətt” adlı Telegram kanalı nazirin geyindiyi jiletin qiymətinin 5955 dollar, yəni 2 milyon dramdan çox olduğunu bildirib. Məlumata görə, sözügedən geyim Brunello Cucinelli markasına məxsusdur.
Kanal iddia edir ki, əvvəllər maliyyə çətinlikləri yaşadığı deyilən Mirzoyan hakimiyyətə gəldikdən sonra daha dəbdəbəli həyat tərzi ilə seçilməyə başlayıb. Bildirilir ki, o, seçki kampaniyası dövründə də bahalı geyimlərdə görüntülənib.
Yayılan məlumatlarda nazirin kreditlə belə televizor ala bilmədiyini bildirdiyi dövrlə indiki həyat tərzi arasında ziddiyyət olduğu vurğulanır.
Qeyd edək ki, məsələ ilə bağlı Ararat Mirzoyan və ya rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.