İran İsraildə Siemens obyektlərinə zərbələr endirdiyini iddia edir

İran bu gün səhər saatlarından etibarən İsraildə strateji əhəmiyyətli rabitə, telekommunikasiya və sənaye obyektlərinə zərbələr endirdiyini bildirib.
İranın Tasnim News Agency agentliyinin yaydığı məlumata görə, hücumların hədəfi İsrail ordusu ilə əlaqəli olduğu iddia edilən Siemens, AT&T və telekommunikasiya infrastrukturu olub.
Məlumata əsasən, Siemens-in sənaye proqram təminatı mərkəzi Ben-Qurion hava limanı yaxınlığında yerləşir və süni intellekt, eləcə də sənaye avtomatlaşdırılması sahəsində qabaqcıl texnologiyalar üzərində işləyir.
Həmçinin bildirilir ki, AT&T-yə məxsus rabitə mərkəzi Hayfa şəhərində yerləşir və burada şəbəkə texnologiyaları, bulud hesablamaları və süni intellekt sahəsində araşdırmalar aparılır.
Hazırda bu iddialarla bağlı İsrail və ya adı çəkilən şirkətlər tərəfindən rəsmi açıqlama verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.