İranda peyk məlumatlarının emalı stansiyasına ABŞ və İsrail tərəfindən hücum edildiyi bildirilir

İranın Səlmas şəhərində yerləşən peyk məlumatlarının emalı stansiyası bir neçə saat əvvəl hücuma məruz qalıb.
Bu barədə Fars News Agency məlumat yayıb. Bildirilir ki, hadisə ilə bağlı açıqlama verən yerli dairə rəhbəri Ali Alaei stansiyanın hücuma məruz qaldığını təsdiqləyib.
Onun sözlərinə görə, yaxın zamanda istismara verilmiş tədqiqat stansiyası peyk məlumatlarının qəbulu və idarə olunması üçün nəzərdə tutulmuşdu.
İlkin məlumatlara əsasən, hücum nəticəsində obyektə ziyan dəyib, lakin mərmi düşən ərazidə insan tələfatı qeydə alınmayıb.
Hadisə ilə bağlı ABŞ və İsrail tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.