ABŞ hərbi bazaları Küveytdə hücuma məruz qalıb.

Küveyt ərazisində bir neçə partlayış baş verib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar ölkədə yerləşən ABŞ hərbi bazalarına edilən hücumlar nəticəsində baş verib.
Hadisə Yaxın Şərq regionunda, xüsusilə İran ilə bağlı artan gərginlik fonunda qeydə alınıb.
Hazırda hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.