ABŞ Maliyyə Nazirliyi İranın Mahan Air aviaşirkəti ilə əlaqəli olduğu bildirilən şəbəkəyə qarşı sanksiyaları genişləndirib.

ABŞ Maliyyə Nazirliyi İranın Mahan Air aviaşirkəti ilə əlaqəli olduğu bildirilən şəbəkəyə qarşı sanksiyaları genişləndirib.
Qurumun yaydığı yenilənmiş sanksiyalar siyahısına əsasən, Çində və Hindistanda fəaliyyət göstərən üç turizm və logistika şirkəti, Rusiyaya məxsus bir yükdaşıma şirkəti, həmçinin İranda fəaliyyət göstərən bir startap studiyası məhdudiyyətlərə məruz qalıb.
Vaşinqton bu şirkətlərin İranın özəl aviaşirkəti Mahan Air ilə əlaqəli olduğunu iddia edir. ABŞ sözügedən aviaşirkətə qarşı ilk sanksiyaları hələ 2011-ci ildə tətbiq etmiş və şirkətin İran İslam İnqilabı Keşikçiləri Korpusuna dəstək verdiyini bildirmişdi.
Bundan əvvəl, 2024-cü ildə Avropa İttifaqı da Mahan Air-ə qarşı sanksiyalar tətbiq edərək aviaşirkəti Rusiyaya pilotsuz uçuş aparatları və raketlərin daşınmasında iştirak etməkdə ittiham etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.