AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

  • + A
  • - A
  • Bu gün, 14:13

    Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

    Çin ABŞ-yə qarşı əks-sanksiyalar tətbiq edib və dronların tədarük zəncirinə dair ixrac məhdudiyyətlərini sərtləşdirib.

    Bu barədə "South China Morning Post" qəzeti Çinin Kommersiya Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

    Bəyanata əsasən, "dronların, onların əsas komponentlərinin və onlarla əlaqəli texnologiyaların" ABŞ-yə ixracı bundan sonra "hər bir ayrı halda ciddi yoxlamadan" keçəcək. Tədbirlər dərhal qüvvəyə minir.

    Nazirlikdən bildiriblər ki, bunlar "milli təhlükəsizliyin qorunması və Çinin yayılmama sahəsindəki beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi" üçün zəruridir.

    Elə həmin gün Kommersiya Nazirliyi altı Amerika təşkilatını əks-tədbirlər siyahısına daxil edərək Çin təşkilatlarına və fiziki şəxslərinə onlarla əməkdaşlıq etməyi qadağan edib. Qurum bu strukturları ABŞ-nin Çinə qarşı sanksiyalarına dəstək verməkdə günahlandırıb və onların hərəkətlərini "hiddətdoğurucu" adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR