AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

CNN: ABŞ THAAD hava hücumundan müdafiə sistemi üçün raket ehtiyatının 80 faizini istifadə edib

  • + A
  • - A
  • Bu gün, 15:13

    CNN: ABŞ THAAD hava hücumundan müdafiə sistemi üçün raket ehtiyatının 80 faizini istifadə edib

    ABŞ ordusu THAAD hava hücumundan müdafiə sistemi üçün nəzərdə tutulan raket ehtiyatının təxminən 80 faizini istifadə edib. Bu barədə CNN yüksək rütbəli amerikalı hərbi mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, ABŞ hərbi rəhbərliyi Pentaqondakı sursat ehtiyatlarının "təhlükəli dərəcədə aşağı səviyyəyə" düşdüyü barədə xəbərdarlıq edib.

    Bildirilir ki, İranla müharibə başlayandan bəri ABŞ ordusu müharibədən əvvəlki ehtiyatlarla müqayisədə THAAD raketlərinin təxminən beşdə dördünü, Patriot hava hücumundan müdafiə sisteminin isə təxminən yarısını istifadə edib. THAAD ehtiyatlarının bu qədər azalması ilə bağlı məlumat ilk dəfə ictimaiyyətə açıqlanır.
    CNN-in məlumatına əsasən, İranla müharibədən əvvəl ABŞ-ın arsenalında təxminən 2 200 Patriot və 452 THAAD raketi mövcud idi.

    Bundan əlavə, Körfəz regionundakı ABŞ müttəfiqləri hava hücumundan müdafiə sistemlərində yaranan çatışmazlığın mümkün İran cavab zərbələrinin qarşısının alınmasına təsir göstərə biləcəyindən narahatdırlar. Xüsusilə, Donald Trampın münaqişəni daha da genişləndirəcəyi halda bu risklərin artacağı vurğulanır.

    Həmçinin bir sıra ölkələr etiraf ediblər ki, raket ehtiyatlarının azalması İranın raket və pilotsuz uçuş aparatları ilə mümkün hücumlarının qarşısını almaq imkanlarını məhdudlaşdıra bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR