AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vatikanın yüksək səviyyəli diplomatı avqustun sonunda Moskvaya səfər edə bilər

  • + A
  • - A
  • Bu gün, 21:56

    Vatikanın yüksək səviyyəli diplomatı avqustun sonunda Moskvaya səfər edə bilər


    Vatikanın yüksək səviyyəli diplomatı avqustun sonunda Moskvaya səfər edə bilər

    Vatikanın dövlətlərlə münasibətlər üzrə katibi, monsenyor Pol Riçard Qallaxerin avqust ayının son ongünlüyündə Moskvaya səfəri hazırlanır. Bu barədə TASS agentliyinə Vatikandakı mənbə məlumat verib.

    Mənbənin sözlərinə görə, səfərin proqramı hələ açıqlanmayıb. Bildirilir ki, Qallaxer iyul ayında Kiyevə səfəri zamanı əsas diqqəti humanitar məsələlərə yönəltmişdi. Onun Rusiyaya son səfəri isə Ukraynada müharibə başlamazdan əvvəl baş tutmuşdu.

    Bundan başqa, sentyabr ayında İtaliya Yepiskoplar Konfransının rəhbəri, kardinal Matteo Dzuppinin də Moskvaya səfərinin planlaşdırıldığı bildirilir. O, mərhum Papa Fransisk tərəfindən Ukrayna üzrə xüsusi elçi təyin edilmiş və humanitar vasitəçilik, o cümlədən uşaqların ailələrinə qaytarılması və hərbi əsirlərin mübadiləsi məsələləri ilə məşğul olmuşdu.

    Kardinal Dzuppi daha əvvəl də bir neçə dəfə Moskvaya səfər edib və Rusiya rəsmiləri, o cümlədən insan hüquqları üzrə müvəkkilin ofisi ilə təmaslar qurub. Onun sözlərinə görə, yeni Papa XIV Lev də bu humanitar missiyanın davam etdirilməsini təsdiqləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR