AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynanın ABŞ-dakı keçmiş səfirinə qanunsuz varlanma işi üzrə girov qətimkan tədbiri seçilib

  • + A
  • - A
  • Bu gün, 21:57

    Ukraynanın ABŞ-dakı keçmiş səfirinə qanunsuz varlanma işi üzrə girov qətimkan tədbiri seçilib

    Ukraynanın ABŞ-dakı keçmiş səfirinə qanunsuz varlanma işi üzrə girov qətimkan tədbiri seçilib

    Ukraynanın ABŞ-dakı keçmiş səfiri Olqa Stefanışinaya qanunsuz varlanma və gəlirlər haqqında bəyannamədə yanlış məlumat təqdim etmə ittihamları ilə bağlı 6 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçilib.

    Ukrayna mətbuatının yaydığı məlumata görə, məhkəmə girovla yanaşı, Stefanışinanın Milli Antikorrupsiya Bürosunun (NABU) detektivlərinin çağırışlarına gəlməsini, yaşayış yerini dəyişdiyi halda bu barədə məlumat verməsini və iş üzrə şahidlərlə əlaqə saxlamamasını da qərara alıb.

    İstintaqın iddiasına əsasən, keçmiş səfir gəlir bəyannamələrində Kiyevdə yerləşən iki mənzili, həmin mənzillərin təmir xərclərini, kirayə mənzilə görə ödənişləri, Mercedes-Benz markalı avtomobildən istifadəsini, həmçinin anasının aviabiletləri və müalicəsi üçün çəkilən xərcləri göstərməyib.

    NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Olqa Stefanışinaya yeni ittihamı avqustun 5-də irəli sürüb. O isə daha əvvəl ittihamlarla bağlı öz mövqeyini açıqladığını bildirib.
    Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 3-də Olqa Stefanışinanı ABŞ-dakı səfir vəzifəsindən azad edib.

    Qeyd edək ki, 2025-ci ilin iyulunda SAP Stefanışinanın fəaliyyətində mümkün qanun pozuntuları ilə bağlı cinayət işi açmışdı. O, bundan əvvəl Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə baş nazir müavini və ədliyyə naziri vəzifələrində çalışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR