AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətər İrandan üç pilotu əsir götürməsi barədə iddianı təkzib edib

  • + A
  • - A
  • Bu gün, 10:27

    Qətər İrandan üç pilotu əsir götürməsi barədə iddianı təkzib edib

    Qətər mart ayında vurulan İran qırıcılarının pilotlarından heç birini əsir götürməyib. Doha yalnız bir iranlı pilotun cəsədini aşkarlaya bilib.

    Qətərin rəsmi qurumları İranda üç iranlı pilotun Qətər ərazisində əsir saxlanılması barədə yayılan məlumatı təkzib edib. Bundan əvvəl İran Silahlı Qüvvələri Baş Qərargahının İtkin Şəxslər Komitəsinin rəhbəri Məhəmməd Baqirzadə Qətəri mart ayında əsir götürüldüyü bildirilən iranlı pilotlara Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının çıxışına icazə verməyə çağırmışdı.

    Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, mart ayında Qətərin hava hücumundan müdafiə qüvvələri həqiqətən üç İran qırıcısını vurub. Lakin bundan sonra pilotlardan heç biri əsir götürülməyib. Onun sözlərinə görə, pilotlar ya həlak olub, ya da təyyarələrin qəzaya uğradığı ərazilərdə aşkar edilməyib.

    Əl-Ənsari qeyd edib ki, döyüş qaydalarına riayət edildikdən və pilotlarla əlaqə yaratmaq cəhdləri nəticəsiz qaldıqdan sonra beynəlxalq hüququn tələblərinə uyğun olaraq Qətər ərazisinin qorunması üçün zəruri tədbirlər görülüb.

    Qətər rəsmisinin sözlərinə görə, Doha yalnız bir iranlı pilotun cəsədini aşkarlaya bilib. Qətər onun nəşinin İrana təhvil verilməsi ilə bağlı Tehranla əlaqə saxlayıb, lakin İran rəhbərliyindən heç bir cavab almayıb.

    Əl-Ənsari Baqirzadənin açıqlamasını “yanıltıcı” adlandırıb və Qətərin bu bəyanata təəccübləndiyini bildirib. O vurğulayıb ki, Doha İranla bağlı münaqişənin başa çatdırılması üçün fəal diplomatik səylər göstərdiyi halda, İran rəsmisinin Qətər əleyhinə açıq şəkildə yanlış məlumat yayması qəbuledilməzdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR