AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub

  • + A
  • - A
  • Dünən, 12:30

    İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub

    İranda ötən ilin dekabrında baş verən iğtişaşlarda iştirak edən Şəhram Sadiqi edam olunub.

    Şəhram Sadiqi kütləvi etirazlar zamanı avtomobili hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə sürməkdə ittiham olunurdu.

    Qeyd edilib ki, hadisə nəticəsində 7 güc strukturu əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin bildirilib ki, hadisədən sonra Sadiqi hadisə yerindən qaçıb, daha sonra isə öz avtomobilini yandırıb. Sonradan həbs edilən Ş. Sadiqi barəsində ölüm hökmü çıxarılıb və hökm bu gün icra edilib.

    İyulun 28-də də iğtişaşlarda iştirakda ittiham olunan iki nəfər də edam edilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR