AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Obamanı Ağ Evdəki təmir işlərini restoranla müqayisə etdiyinə görə tənqid edib

  • + A
  • - A
  • Bu gün, 08:57

    Tramp Obamanı Ağ Evdəki təmir işlərini restoranla müqayisə etdiyinə görə tənqid edib



    ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanı Ağ Evdə aparılan təmir və yenidənqurma işlərini The Cheesecake Factory restoranlar şəbəkəsi ilə müqayisə etdiyinə görə tənqid edib. Bu barədə New York Post (NYP) qəzeti məlumat yayıb.

    Tramp oktyabrın 26-da jurnalistlərə açıqlamasında Obamanın müqayisəsinə münasibət bildirib.

    “Əgər o, bunun Cheesecake Factory-yə bənzədiyini deyirsə, bu, onun niyə uğursuz prezident olduğunu sübut edir”, – deyə Tramp qeyd edib.

    ABŞ lideri əlavə edib ki, Obama kimi düşünən insanlar ətrafdakı çirkinliyi və xoşagəlməz mənzərəni görmürlər. Trampın sözlərinə görə, Ağ Ev ABŞ-ın simvoludur və buna görə də qüsursuz vəziyyətdə saxlanılmalıdır.

    Barak Obama oktyabrın 25-də Trampın prezidentliyi dövründə Ağ Evdə aparılan dekorasiya dəyişikliklərini və yenidənqurma işlərini tənqid edib. O, Trampın binanın yenidən qurulmasına və bəzədilməsinə həddindən artıq diqqət ayırdığını bildirərək, Ağ Evin “hər yerində qızıl olduğunu” deyib.

    The Washington Post qəzeti sentyabrın 29-da Trampın yenidənqurma işlərinin əhatə dairəsini genişləndirməyi planlaşdırdığı barədə məlumat yayıb. Nəşrin məlumatına görə, planlara Ağ Evlə yanaşı, ətraf ərazilərdə, memorial komplekslərdə və bir sıra federal binalarda işlərin aparılması da daxildir.

    Məlumata əsasən, Ağ Evdəki layihənin həyata keçirilməsi administrasiyaya ən azı 900 milyon dollara başa gələ bilər. Bu məbləğin 600 milyon dollarının təxminən 8 min kvadratmetr sahəsi olan bal zalının tikintisinə ayrılacağı bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR