AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vens ABŞ və İran arasında münaqişənin sonsuz müharibəyə çevrilməyəcəyini bildirib

  • + A
  • - A
  • Bu gün, 09:02

    Vens ABŞ və İran arasında münaqişənin sonsuz müharibəyə çevrilməyəcəyini bildirib



    ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonla Tehran arasında davam edən münaqişənin növbəti “sonsuz müharibə”yə çevrilməyəcəyinə əminliyini ifadə edib.

    Vens cümə günü gecə “Fox News” telekanalına müsahibəsində bildirib ki, İranla münaqişə ABŞ üçün uzunmüddətli müharibəyə çevrilməyəcək.

    “Əgər sizi daha bir sonsuz müharibənin baş verməsi ehtimalı narahat edirsə, əmin olun ki, İranla müharibə heç vaxt belə bir müharibəyə çevrilməyəcək”, – deyə vitse-prezident vurğulayıb.

    O qeyd edib ki, münaqişə artıq səkkiz aydır davam edir, lakin ABŞ İranla münasibətlərdəki problemlərlə 47 ildir üzləşir.

    “Və sizə söz verirəm ki, Donald Tramp bunun sonsuz müharibəyə çevrilməsinə imkan verməyəcək”, – Vens bildirib.

    Bundan əvvəl “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazıb ki, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper cümə axşamı prezident Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyat variantlarını təqdim edib.

    “Semafor” nəşri isə mənbəyə istinadən bildirib ki, Tramp İranla bağlı vəziyyətdə diplomatik danışıqlardan hələ imtina etməyib. Bununla belə, ABŞ prezidenti zərurət yaranacağı təqdirdə hərbi tədbirlərə yenidən əl atmağa hazırdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR