AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oman sahillərində, Hörmüz boğazında gəmidə yanğın baş verib

  • + A
  • - A
  • Bu gün, 09:03

    Oman sahillərində, Hörmüz boğazında gəmidə yanğın baş verib


    Oman sahillərində, Hörmüz boğazında gəmidə yanğın baş verib

    Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərində, Hörmüz boğazında hərəkət edən gəmidə yanğın baş verdiyi barədə məlumat yayıb.

    İdarənin rəsmi saytında bildirilir ki, hadisə Oman ərazisindəki Xasab şəhərindən təxminən 25 kilometr şimal-şərqdə qeydə alınıb.

    Məlumata görə, tranzit keçid edən gəmidə yanğın baş verib. Hadisənin səbəbi hələlik məlum deyil.

    Hazırda gəminin heyət üzvlərinin vəziyyəti, dəymiş ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsiri barədə məlumat yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR