AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Meksikada narkokartel rəhbərinin saxlanılması zamanı 11 nəfər ölüb

  • + A
  • - A
  • Bu gün, 15:00

    Meksikada narkokartel rəhbərinin saxlanılması zamanı 11 nəfər ölüb

    Meksikada narkokartel rəhbərinin saxlanılması ilə bağlı keçirilən əməliyyat zamanı 11 nəfər ölüb.

    Ölkənin Sinaloa ştatında keçirilən əməliyyat nəticəsində “El Çapo İsıdro” ləqəbi ilə tanınan Fausto İsıdro Mesa Flores saxlanılıb.

    Meksikanın Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat zamanı baş verən silahlı qarşıdurmada 7 şübhəli kartel üzvü və 4 hərbçi həlak olub.

    ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan 10 şəxsin siyahısında yer alan Mesa Flores “Beltran Leyva” cinayətkar təşkilatının rəhbəri hesab olunur.

    Əməliyyat Sinaloa ştatının Quasave şəhərində keçirilib. Saxlanılma zamanı təhlükəsizlik qüvvələri silahlı müqavimətlə üzləşib. Şəhərdə avtomobillər və yanacaqdoldurma məntəqələri yandırılıb, bəzi yollarda hərəkət məhdudlaşdırılıb.

    Meksika hakimiyyətinin məlumatına əsasən, əməliyyatın keçirilməsində ABŞ-dən əldə edilən kəşfiyyat məlumatlarından istifadə olunub.

    Mesa Flores narkotik vasitələrin ABŞ-yə qanunsuz daşınmasında və qanunsuz silah saxlamaqda ittiham olunur. ABŞ hakimiyyəti onun saxlanılmasına kömək edəcək məlumat üçün 5 milyon dollara qədər mükafat təyin etmişdi.

    Saxlanılan şəxs digər şübhəlilərlə birlikdə Mexikoya aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR