Vyetnam Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul edir.
Bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.
"Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim", - Prezident qeyd edib.
O, həmçinin deyib: "Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.