AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Azərbaycan Partiyası zamanın tələbi və xalqın istəyi ilə yaranan siyasi təşkilatdır

  • + A
  • - A
  • Bu gün, 15:20

    Yeni Azərbaycan Partiyası zamanın tələbi və xalqın istəyi ilə yaranan siyasi təşkilatdır



    Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının Təftiş komissiyası sədrinin müavini


    Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin ictimai-siyasi tarixinin ən mühüm hadisələrindan olaraq, həddindən artıq ağır bir dönəmdə, dövlətin ciddi sınaqlara məruz qaldığı bir zaman kəsiyində baş vermişdir.

    Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

    Xatırlatmaq lazımdır ki, keçən əsrin sonlarında AXC-Musavat hakimiyyəti dövründə Azərbaycanda hökm sürən iqtisadi, siyası, sosial böhran, siyasi səriştəsizlik, silahlı münaqişənin alovlanması faktiki olaraq dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı. Belə bir həddindən artıq mürəkkəb şəraitdə, tarixi zərurəti nəzərə alaraq, ölkənin taleyini düşünən ziyalılar xalqımızın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevə müraciət edərək, xalqın mütləq əksəriyyətinin iradəsini əks etdirə bilən yeni bir siyasi təşkilatın yaradılması təklifini irəli sürdülər. Ümummilli Lider bu müraciətə müsbət cavab verərək, qeyd etmişdir ki, “belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

    Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilərək, mütərəqqi ideyaların və prinsiplərin daşıyıcısı olan siyasi təşkilatı yaratdı.

    Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsi və regionumuzun ən böyük siyasi təşkilatına çevrildi.

    Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII-ci qurultayındakı proqram xarakterli çıxışında qeyd etdiyi kimi, “bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi”.

    Ulu Öndərin rəhbərliyi ilə YAP ölkənin ictimai-siyasi həyatında mühüm yeri tutdu, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və Azərbaycanın inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərdi, Ümummilli Liderin müəyyənləşdirdiyi və dəyişməz qalan siyasi kurs ölkəmizin inkişaf strategiyasının əsasını təşkil etdi.

    Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətini Heydər Əliyevin siyasi irsinə və dövlətçilik prinsiplərinə əsaslandıraraq, Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyətini uğurla davam etdirir. Bu fəaliyyətin ən parlaq nəticəsi dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, Azərbaycan bayrağının Qarabağ da daxil olmaqla ölkəmizin hər bir güşəsində dalğalanması olmuşdur. Qeyd olunanlar Azərbaycanın qarşıya qoyduğu bütün strateji hədəflərə doğru inamla irəlilədiyini əyani formada nümayiş etdirir.

    Yeni Azərbaycan Partiyasının 34 illik şanlı tarixi göstərir ki, mürəkkəb beynəlxalq şəraitdə və qlobal miqyasda baş verən ziddiyətli hadisələrin fonunda Cənubi Qafqazın ən böyük mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası qarşıda duran problemlərin həllində avanqard rola malikdir və milli maraqların qorunmasında öz ardıcıl fəaliiyətini uğurla həyata keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR