AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı yaxınlığında üç tankerin partladıldığını açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 08:08

    İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı yaxınlığında üç tankerin partladıldığını açıqlayıb


    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son bir neçə saat ərzində Hörmüz boğazından keçən üç neft tankerinin dəniz minalarına düşərək partladığını və yanmağa başladığını iddia edib.

    Bu barədə “Fars” agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

    Bəyanatda bildirilir ki, tankerlərdən biri cənub marşrutu ilə, digər ikisi isə Hörmüz boğazının şərqində hərəkət edib. Onların ABŞ hərbi qüvvələrinin güclü hava müşayiəti və silahlı eskortu altında olduğu iddia edilir.

    SEPAH-ın məlumatına görə, gəmilər dəniz minalarına düşdükdən sonra güclü partlayışlar baş verib və tankerlərdə yanğın başlayıb.

    Bəyanatda, həmçinin ABŞ hərbçilərinin hava müşayiətinə baxmayaraq, hadisələrin qarşısını ala bilmədiyi vurğulanıb.

    SEPAH yaxın saatlarda tankerlərdə baş verən partlayış və yanğınlara dair fotoşəkillərin yayımlanacağını bildirib.

    Qeyd edək ki, hadisə ilə bağlı məlumat İran tərəfinin açıqlamasına əsaslanır. Tankerlərin kimə məxsus olduğu, hadisə nəticəsində xəsarət alanların olub-olmadığı və gəmilərə dəyən ziyanın miqyası barədə hələlik əlavə məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR