AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İkinci müddətə namizədliklə bağlı Zelenskinin planları açıqlanıb

  • + A
  • - A
  • 27-11-2020, 11:57


    Ukraynanın dövlət başçısı Vladimir Zelenski ikinci müddət üçün prezidentlik seçkilərinə namizədliyini verə bilər.

    “Korrespondent”in məlumatına görə, bu barədə prezident ofisinin başçısının müavini Kirill Timoşenko bildirib.

    Onun sözlərinə görə, ölkədəki vəziyyəti dəyişdirmək üçün bir prezidentlik müddəti yetərli deyil.

    “Bu qısa müddətdir və obyektiv olaraq kifayət deyil”, - deyə o vurğulayıb.

    Eyni zamanda, Timoşenko Zelenskinin yeni seçkilərə yaxın müddətdə qərarını elan edəcəyini vurğulayıb.

    “Prezident həqiqətən ölkəni inkişaf etdirmək istəyir. Axı o prezidentdir. Gedib getməyəcəyini özü müəyyənləşdir”, - deyə o əlavə edib.

    Ukrayna prezidenti may ayında ikinci müddət üçün namizədliyini verə biləcəyini istisna etməmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR