Nəsimidə iki avtomobil toqquşdu, biri səkiyə çıxdı

Bu gün Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində “Hyundai” və “BYD” markalı avtomobillər toqquşub.
Zərbədən sonra “Hyundai” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq səkiyə çıxıb. Hadisə vaxtı səkidə piyadanın olmaması faciənin qarşısını alıb.
Faktla bağlı müvafiq araşdırma aparılır.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.