AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

  • + A
  • - A
  • Bu gün, 14:11

    Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

    Fransanın paytaxtı Parisdə gözlənilən etiraz aksiyaları ilə əlaqədar bu gün 40-dan çox metro stansiyasının fəaliyyəti dayandırılacaq.

    Bu barədə Parisin ictimai nəqliyyat operatoru "RATP" məlumat yayıb.

    Bildirilib ki, polis prefekturasının tələbi və təhlükəsizlik tədbirləri çərçivəsində stansiyalar şənbə günü bağlanacaq. Onların əksəriyyəti Parisin mərkəzi hissəsində yerləşir. Stansiyaların bəziləri artıq fəaliyyətini dayandırıb, digərlərinin isə gün ərzində bağlanacağı gözlənilir.

    Qeyd edək ki, Fransada bu gün ardıcıl üçüncü şənbə günü kütləvi etiraz aksiyaları keçiriləcək. Aksiyalara həmkarlar ittifaqları, eləcə də “Sarı jiletlilər” hərəkatının nümayəndələri çağırış ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR