AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Əli və Nino” tamaşasının premyerası keçirilib

  • + A
  • - A
  • Bu gün, 15:09

    “Əli və Nino” tamaşasının premyerası keçirilib

    Ötən axşam teatrda Qurban Səidin eyniadlı əsəri əsasında hazırlanan “Əli və Nino” tamaşasının premyerası keçirilib.

    Tamaşanın quruluşçu rejissoru və quruluşçu rəssamı Abdulla Elşadlı, xoreoqrafı Zeynəb Abdullayeva, quruluşçu geyim rəssamı Sara Məmmədovadır.

    Musiqilərin müəllifi və tərtibatçısı Ziyad Abbasov, işıq rəssamı Emin Musayev, işıq operatoru isə Adil Məmmədovdur.

    Tamaşada Şahmar Məmmədov, Ruslan Hüseynov, Nəzrin Səfərova, Vasif İsmayılov, Zülfiyyə Əliyeva, Elvin Alnağıyev, Ümid Hüseynov, Ramal Mansırlı, Zeynəb Abdullayeva, Günel Hacıyeva, eləcə də Əməkdar artistlər Novruz Cəfərov, Ramiz Vəliyev və Salamulla İsmayılov çıxış ediblər.

    Tamaşaya Gəncə Dövlət Filarmoniyasının rəqqasları Zöhrə Cabbarova və Aytəkin Kərimli də cəlb olunublar.

    Qeyd edək ki, “Əli və Nino” tamaşası klassik sevgi və mənəvi dəyərlər mövzusunu səhnə vasitəsilə tamaşaçılara təqdim edir.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR