AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zelenski Ukraynanın idarəçiliyini xarici güclərə verib” - Putin

  • + A
  • - A
  • 30-06-2021, 15:40

    “Zelenski Ukraynanın idarəçiliyini xarici güclərə verib” - Putin

    “Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin idarəçiliyini xarici güclərə verib”.

    AzadMedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Zelenski ilə görüşməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən bildirib.

    “Zelenski ilə nə üçün görüşmək lazımdır? Əgər o, ölkəsini tam xarici nəzarət altına veribsə... Ukrayna üçün həyati əhəmiyyət daşıyan məsələlər barədə Kiyevdə deyil, Vaşinqtonda, qismən isə Berlin və Parisdə qərar verilir. Yaxşı, bəs nədən danışaq?” - deyə Putin qeyd edib.

    Eyni zamanda Putin, ukraynalı həmkarı ilə görüş təklifini rədd etmədiyini açıqlayıb: “Sadəcə nədən danışacağımızı bilmək lazımdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR