AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyadakı helikopter gölün dərinliyindən tapıldı

  • + A
  • - A
  • 13-08-2021, 12:50

    Rusiyadakı helikopter gölün dərinliyindən tapıldı


    Dünən Kamçatkanın cənubunda Kuril gölünə düşən helikopter tapılıb.

    “Qafqazinfo” xəbər verir ki, bunu bölgənin qubernatoru Vladimir Solodov deyib. Onun sözlərinə görə, helikopter 110-111 metr dərinlikdədir və quyruq hissəsi sınıb. Solodov həmçinin bildirib ki, helikopterin digər hissələri bütün olaraq qalıb.

    Qeyd edək ki, göyərtəsində turistlərin olduğu təyyarə dünən Kuril gölünə düşüb. Helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. Bu şəxslərdən 7-si sərnişin, 1-i isə ekipaj üzvüdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR