AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cozep Borrell Avro-Atlantik əməkdaşlığı inkişaf etdirmək üçün Vaşinqtona səfər edəcək

  • + A
  • - A
  • 9-07-2024, 17:30

    Cozep Borrell Avro-Atlantik əməkdaşlığı inkişaf etdirmək üçün Vaşinqtona səfər edəcək


    Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel (Jozep Borrel) Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə birlikdə bu gündən iyulun 11-dək NATO Sammitində iştirak etmək üçün Vaşinqtona səfər edəcək.

    Bu barədə Avropa İttifaqı məlumat yayıb.

    Bildirilib ki, Borrel Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen adından Sammitdə iştirak edəcək. Bu gün o, NATO-nun 75-ci ildönümü ilə bağlı tədbirə qatılacaq, həmçinin müdafiə sənayesindən müxtəlif maraqlı tərəfləri bir yerə toplayan Aİ Müdafiə gecəsində çıxış edəcək.

    Sabah isə Ağ Evdə ABŞ prezidenti Cozef Baydenin təşkil etdiyi nahara qatılması gözlənilir. İyulun 11-də Ali Nümayəndə Hind-Sakit okean tərəfdaşları ilə birlikdə Avro-Atlantik və Hind-Sakit okean regionlarında təhlükəsizlik çağırışlarına həsr olunmuş Sammit sessiyasında iştirak edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR