Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındır.
Bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, KTMT Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan bu təşkilatda iştirakını dondurub.
Eyni zamanda, N.Paşinyan qeyd edib ki, ölkə nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.