AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Volodimir Zelenski: Rusiya şərtləri pozur

  • + A
  • - A
  • Bu gün, 17:38

    Volodimir Zelenski: Rusiya şərtləri pozur

    Rusiya ABŞ-nin təklif etdiyi şərtləri pozur.

    Bunu Ukrayna prezidenti Volodimir Zelenski fevralın 3-də Kiyevdə NATO Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

    Prezident qeyd edib ki, bir həftəlik enerji infrastrukturuna qarşı atəşkəsi cəmi bir gün sonra pozdu:

    "Bunun artıq nəticələri olmalıdır. Hamı hava şəraitini görür. Bu qışın ən çətin günləridir. Məhz infrastruktura, ilk növbədə enerji infrastrukturuna zərbələr vurulur ki, insanları elektrik enerjisi imkanından məhrum etsinlər və məhv etsinlər".

    V.Zelenski bəyan edib ki, bu, Rusiyanın baş verən hər şeyə real münasibətidir.

    "Ukrayna bu məsələ ilə bağlı ABŞ ilə əlaqə saxlayır. Ümidvaram ki, tərəfdaşlar bu dəfə kənarda qalmayacaq və bundan sonra ölkənin və onun vətəndaşlarının müdafiəsi üçün vacib dəstəyi göstərəcəklər"-deyə, o, əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR