AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib

  • + A
  • - A
  • 4-04-2026, 11:53

    Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib

    Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib.

    Aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib.

    Onlardan 2 nəfər – Rəsulova Leyla Şamil qızı (10.07.2012) və Hacıyeva Xəyalə Adil qızı (11.04.1996) təcili tibbi yardım briqadası (103 xidməti) vasitəsilə xəstəxanaya çatdırılıb. Digər 3 nəfər – Kərimova Azadə İsmayıl qızı (27.03.1989), Cəlilova Zeynəb Şəfaqət qızı (20.11.1996) və Nəzərova Vəfa Mürvət qızı (22.12.1980) isə yaxınları tərəfindən tibb müəssisəsinə gətirilib.

    Xəstələrin xəstəxanaya qəbul olunarkən vəziyyətlərinin stabil olduğu bildirilib. Onlar əsasən boğulma hissi, boğazda qıcıqlanma və ürəkbulanma şikayətləri ilə müraciət ediblər. Hər 5 xəstəyə yerindəcə yardım göstərilib. Vəziyyətləri stabilləşəndən sonra evə buraxılıblar.(APA)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR