AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək

  • + A
  • - A
  • Bu gün, 09:11

    Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək

    Çinin "CAS Space" aerokosmik şirkəti təkrar istifadə edilə bilən "Lihong 2" kosmik aparatının ilk uçuş sınağını 2027-ci ilin birinci rübündə keçirməyi planlaşdırır.

    Bu barədə "CAS Space"in "Frontier Labs" bölməsinin icraçı vitse-prezidenti Van İnçen bildirib.

    "Biz kosmik aparatın təxminən 100 km yüksəklikdən qayıtmaq və Yerə təhlükəsiz eniş etmək qabiliyyətini sınaqdan keçirmək üçün ilk uçuşu 2027-ci ilin birinci rübündə həyata keçirməyi planlaşdırırıq", - o bildirib.

    Quançjouda yerləşən və Çin Elmlər Akademiyasının dəstəyi ilə qurulan "CAS Space" şirkəti "Lihong 2"ni müstəqil hazırlayır.

    Təxminən 18 metr uzunluğu və 3,35 metr diametri olan kosmik aparat buraxılış vasitəsi və faydalı yük modulundan ibarətdir. Onun buraxılış kütləsi təxminən 60 tondur.

    V.İnçenin sözlərinə görə, kosmik aparatın layihələşdirilməsi artıq başa çatıb və prototipin yerüstü sınaqları uğurla davam edir.

    Uçuş zamanı "Lihong 2"nin kosmik təcrübələr üçün istifadə edilməsi planlaşdırılır. O, xüsusən tibbi ləvazimatlar və robot avadanlıqları da daxil olmaqla müxtəlif növ faydalı yüklər çatdıra biləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR