AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Rusiya-Ukrayna münaqişəsi üzrə dördtərəfli görüşə hazırıq

  • + A
  • - A
  • Bu gün, 15:34

    Zelenski: Rusiya-Ukrayna münaqişəsi üzrə dördtərəfli görüşə hazırıq

    Kiyev Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsi üzrə Avropa, ABŞ və Rusiyanın iştirakı ilə mümkün dördtərəfli görüşün keçirilməsinə hazırdır.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

    "Biz Ukrayna, Avropa, ABŞ və Rusiya arasında dördtərəfli görüşün ən qısa zamanda keçirilməsi üçün hər şeyi etməliyik. Bunu artıq, sözün əsl mənasında, sabah etməyə hazırıq", – Zelenski deyib.

    Onun sözlərinə görə, Ukrayna tərəfi belə bir görüşü Milad bayramına qədər (25 dekabr – red.) təşkil etməyə çalışır.

    Qeyd edək ki, noyabrın 21-də Zelenski Ukrayna-ABŞ-Avropa-Rusiya formatında növbəti danışıqların tarixinin ABŞ tərəfinin danışıqların gündəliyini bütün iştirakçılarla razılaşdıracağı vaxtdan asılı olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR