AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zeynalov: Bu şəxslər poliklinikaya getməsin!

  • + A
  • - A
  • 30-06-2020, 19:00

    Zeynalov: Bu şəxslər poliklinikaya getməsin!

    Biz unutmayaq ki, insanların xəstəlikləri təkcə koronavirusdan ibarət deyil.

    AzadMedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparatının rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:

    "Müraciətlərin idarə olunması üçün Səhiyyə Nazirliyinə öhdəliklər verilib. Əgər kimsə özündə simptom hiss edirsə, poliklinikaya yaxınlaşmasın, o digər şəxsləri də yoluxdura bilər. Sahə həkiminə xəbər verib, COVID-19 məntəqələrindən yaxınlaşıb,həmin şəxsi test edə bilərlər.

    Xəstənin əlamətləri yüngüldürsə, onun müalicəsi sahə həkiminin nəzarəti altında aparılacaqdır. Xəstənin vəziyyəti ağırlaşdığı zaman təcili yardıma xəbər verdikdən sonra onu müvafiq pandemiya xəstəxanalarına köçürüləcəkdir".

    O bildirib ki, koronavirus yüksək ötürücülük qabiliyyətinə malikdir: "Özündə əlamət hiss edən insan poliklinikaya yaxınlaşdığı zaman onu müvafiq məntəqəyə yönləndirib, test edəcəklər və xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaqdır"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR