AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təcili bu ərazini işğaldan azad etməliyik – Millət vəkili

  • + A
  • - A
  • 2-07-2020, 23:21

    Təcili bu ərazini işğaldan azad etməliyik – Millət vəkili
    İlk növbədə Bakı şəhərində kanalizasiya suları dənizə axıdılmamalı, təmizlənərək suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır.

    AzadMedia.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bəzi rayonlarda su qıtlığı ilə bağlı yaranmış problemin həlli yolları haqda təkliflərini səsləndirərkən deyib.

    Millət vəkili bildirib ki, eyni zamanda, Kürün Xəzərə tökülən hissəsində bənd vurulmalı, dənizin duzlu suyunun çaya daxil olmasına imkan verilməməlidir:

    “Kürün suyunun dənizə tökülməsi həmin bəndlə məhdudlaşdırılmalı və kənd təsərrüfatı üçün istifadə olunmalıdır. Neftçalada Kür üzərində tikiləcək bəndlə bağlı ekoloji məsələlər mütəxəssislərlə müzakirə olunmalıdır. Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Biz özümüzdən asılı olanı etməliyik. Dua edək ki, Allah bizi su ilə sınağa çəkməsin”.

    Q.Həsənquliyevin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına təcili müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir:

    “Tələb qısa müddətdə yerinə yetirilməzsə, Azərbaycan həmin əraziləri işğaldan azad etməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR