AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vahid Əhmədov daha 10 gün Türkiyədə müalicə alacaq

  • + A
  • - A
  • 7-07-2020, 22:00

    Vahid Əhmədov daha 10 gün Türkiyədə müalicə alacaq

    Milli Məclisin deputat Vahid Əhmədov Türkiyədə müalicəsini davam etdirir.

    Azadmedia.az xəbər verir ki, bu barədə millət vəkili Musavat.com-a açıqlamasında deyib.

    Milli Məclisin üzvü müalicəsinin uğurla davam etdiyini söyləyərək əlavə edib ki, həkimlərin məsləhətinə əsasən, daha on gün müalicə olunacaq.

    V.Əhmədov pandemiya dövründə hər kəsi sağlamlığını qorumağa çağırıb.

    Qeyd edək ki, millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Ötən ayın sonlarında ürəyində problemlər yaranan V.Əhmədov özəl təyyarə ilə Türkiyəyə getmişdi və həkim nəzarəti altına alınmışdı.

    Dəyərli millət vəkilinə Allahdan tezliklə şəfa arzulayırıq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR