AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş verən təxribatlar düşmən ölkəyə növbəti “dərs oldu”

  • + A
  • - A
  • 13-07-2020, 21:28

    Baş verən təxribatlar düşmən ölkəyə növbəti “dərs oldu”


    ​ 12 iyul 2020-ci il tarixdə işğalçı Ermənistanın silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atdılar. Belə ki, onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edib mövqelərimizi ələ keçirtməyə cəhd etsələr də, bu dəfə də şanlı Azərbaycan ordusu düşmənin belə bir təxribatının qarşısını aldı və qarşı tərəfə tutarlı cavab verdi. Yəni, Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində düşmən qüvvələri geri otuzduruldu və xeyli sayda canlı qüvvəsi və hərbi texnikası sıradan çıxarıldı. Döyüş əməliyyatlarının getdiyi ərazilərdən yayılmış videolardan da görünür ki, Silahlı Qüvvələrimizin bölmələri işğalçı ordunun hərbi bölmələrinin yerləşdiyi nöqtələrə sarsıdıcı zərbələr endirir, nəticədə düşmənin bir neçə hərbi texnikası və xeyli sayda canlı qüvvəsi məhv olur. Əslinə baxsan, Ermənistan tərəfinin belə bir təxribata qol qoynması ​ təcrübəsiz və populist baş nazir Nikol Paşinyan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmağa və ölkə daxilində baş verən ciddi gərginliyi azaltmağa hesablanmış addımıdır. Real faktdır ki, bu gün Ermənistanda siyasi hakimiyyət əhalinin etimadının tamamilə itirb və belə bir səbəb üzündən də, ölkədə dərin böhran yaşanmaqdadır.Yəni, naşılığı və savadsızlığı səbəbindən bir neçə dəfə geniş ictimaiyyət qarşısında biabır olmuş Nikol Paşinyan, hal-hazırda ölkədə diktatura rejimi qurub siyasi rəqiblərini təqib etdirməklə bərabər, həbs etdirsə də, baş verənlərin qarşısını almaq mümkün olmayacaq. Çünki, Ermənistanı ağuşuna almış sosial-iqtisadi problemlər, rüşvətxorluq və korrupsiya halları, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə qarşı repressiyaların davam etdirilməsi, heç də erməni baş nazirə xoş gələcək vəd etmir. Yəqin ki, Nikol Paşinyan öz-özlüyündə hesab edir ki, təhlükə qarşısında qalan hakimiyyətini qorumaq üçün bu cür manevrlər onun xilası olacaq. Bəllidir ki, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, baş nazirin hakimiyyətinə qarşı müxalif qüvvələr vahid cəbhədə birləşirlər. Artıq hər kəs o qənaətdədir ki, Paşinyanın bu cür təxribatlara qol qoyması, hakimiyyətini qorumaq naminə hansısa addımlarını atması heç bir nəticə verməyəcək.​ ​ ​ Onu da qeyd edim ki, işğalçı erməni ordusunun bu dəfə də uğursuzluğla düçar olması, riyakar Ermənistan hakimiyyətini məsələlərin mahiyyətini gizlətməyə, sərsəm və yalan məlumatlarla həm beynəlxalq, həm də yerli ictimaiyyəti çaşdırmağa sövq etdi. Bir anlığa diqqət yetirək ki, düşmən tərəfin ​ ölənlərin sayı barədə məlumatları məqsədli şəkildə gizlətməsi, bu gün Ermənistanda ciddi narazılığın baş verməsinə səbəb olub. Yəni, işğalçı ölkədə etiraz aksiyaları başlayıb, fəallar sosial şəbəkələrdə​ Nikol Paşinyan hakimiyyətini ciddi tənqid edirlər. Düşmən ölkədə belə bir təbliğata da qərar veriblər ki, guya erməni hərbi bölmələri Azərbaycan tərəfindən yeni yüksəkliklər ələ keçiriblər. Keçirilən bir çox tədbirlərdə özünü gülünc vəziyyətə salan Nikol Paşinyanın bu cür ucuz və çılğın təbliğatı, yerlərdə ironiya ilə qarşılanır və tam əksəriyyət onun bu cür yalanlarına inanmırlar.​ ​ ​ Diqqəti cəlb edən hallardan biri də odur ki, 12 iyulda baş vermiş Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki təxribat, Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı və sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, cəbhə bölgəsinə getmək, silaha sarılıb itirilmiş torpaqlarımızı işğaldan azad etmək və s. kimi çağırışlar da səsləndi. Bəli, bu cür çağırışlar, bu cür yanaşmalar Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin, torpağa bağlılıq duyğusunun ən yüksək səviyyədə olduğunu göstərir. Bəli, xalqımız belə bir vaxtda həmrəylik nümayiş etdirdi, gənclərin çoxu könüllü orduya yazılmaq istəyini ortaya qoydular. Bütün bunlar onu göstərir ki, xalqımızın mübarizə əzmi heç də sınmayıb və hər kəs Ali Baş Komandanın verəcəyi əmri gözləyir. Düşünürəm ki, belə bir qərar verilərsə, o halda əhalisi səfalət içərisində yaşayan Ermənistan atacağımız addımların qarşısında tab gətirməyəcək.

    ​ ​ ​ ​ Mənim hissiyatıma toxunan əsas məqam isə ondan ibarətdir ki, bugünkü gündə bəzi qüvvələr baş verənlərdən öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. Yəni, Azərbaycan hərbçilərinin işğalçı ordu birləşmələrinə zərbə endirdiyi bir vaxtda, xalqın həmrəylik nümayiş etdirdiyi bir zamanda, məhz bəzi müxalifət qüvvələri yenə də əxlaqdan və mənəviyyatdan kənar olduqlarını nümayiş etdirməkdədirlər.​ Dərk etmək lazımdır ki, bu gün Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Yəni, indi 1990-cı illər deyil ki, milli ordu birləşmələri olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Faktdır ki, Azərbaycanın silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir və Ermənistanın təxribatlarına sərt formada da cavab verir. Bugünkü vəziyyətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Ona görə də, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini və sərhəd zolaqlarında törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir. Düşünürəm ki, Ermənistanın bügünkü riyakar baş naziri Nikol Paşinyan hansı oyun qaydalarını oynasa da, müəyyən uğurlara qol qoymaq məqsədilə muzdlu döyüşçülərdən istifadə etsə də, o, 12 iyul günü baş verən təxribatlar nəticəsində öldürülmüş xeyli sayda muzdlu döyüşçülərin nə cəsədlərini, nə də ki, siyahısını gizlədə bilməyəcək. ​

    Məşhur Məmmədov

    ​ Millət vəkili


    ​​


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR