AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat seçicilərini dinlədi

  • + A
  • - A
  • 26-07-2020, 22:40

    Deputat seçicilərini dinlədi

    AzadMedia.az xəbər verir ki, Milli Məclisin deputatı Anar Məmmədov bu gün seçiciləri ilə telefon danışığı edib. Danışıq zamanı seçicilərini dinləyən,problemlərinin və səsləndirilən məsələlərin həlli üçün müvafiq tapşırıqlarını verən deputat birdaha seçicilərinin yanında olduğunun vacibliyini vurğulamışdır.

    Əziz dostlar!
    Öncədən də söz verdiyimiz kimi bu gün telefon danışığı vasitəsilə növbəti vətəndaş qəbulumuz keçirilmişdir. Müraciətlər əsasən məşğulluq, sosial və bir neçə kənddə suvarma və meliorasiya təminatının, içməli su təchizatının yaxşılaşdırılması ilə əlaqədar oldu.
    Seçicilərimizi narahat edən məsələlərin hər biri qeydiyyata götürüldü və müvafiq qurumlara müraciət olunması qərara alındı.
    Bir daha bütün seçicilərimə səslənərək müraciət edirəm ki, hər zaman sizin yanınızdayam, sizin müraciətlərinizi dinləməyə hazıram və sizləri narahat edən məsələləri operativ şəkildə həll etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.
    İnanıram ki, bu cür görüşlər qarşılıqlı inam və etimadın güclənməsinə, birgə fəaliyyətə öz töhfəsini verəcək.
    Məlumat üçün bildirmək istəyirəm ki, növbəti həftə ərzində yenidən vətəndaşlarımızı qəbul edib, onları narahat edən məsələləri dinləyəcəyik, birgə fəaliyyətə öz töhfəsini verəcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR