AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclis Azərbaycandakı su problemini müzakirəyə ÇIXARACAQ

  • + A
  • - A
  • 3-09-2020, 12:05

    Milli Məclis Azərbaycandakı su problemini müzakirəyə ÇIXARACAQ


    “Milli Məclisin payız sessiyasında ekologiya ilə bağlı məsələlər müzakirə olunacaq. Xüsusən də “Su Məcəlləsi haqqında qanun”un yenindən işlənməsinə ehtiyac var”.


    Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.


    O bildirib ki, sudan istifadə zamanı maarifləndirmə işləri aparılmalıdır:


    “Hətta, su ilə bağlı maarifləndirmə işlərini videoçarxlarla həyata keçirmək olar. Təbii ki, parlamentdə bir çox qurumlarla söhbətlər aparırıq. Hesab edirəm ki, hadisələrə elmi tərəfdən də yanaşmaq lazımdır. Ekologiya ilə bağlı məsələlərin müzakirəs üçün Bakı Dövlət Universitetinin, Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin rəhbərliyi ilə danışıqlar aparmışıq. Orada uyğun fakültələr, ixtisas sahibləri var. Pandemiya səbəbindən görüşlərimiz məhdud formada olub. Ancaq payız sessiyasında yeni təkliflərimiz olacaq”.


    Komitə sədri su təchizatı məsələsinin prioritet problemlərdən biri olduğunu da qeyd edib:


    “Ölkəmizdə ekologiyanın yaxşılaşdırılması üçün bir sıra işlər görülməkdədir. Su infrastrukturunu yaşxılaşdırmaq üçün nəhəng layihələr həyata keçirilib. Hesab edirəm ki, payız sessiyasında ekoloji problemlər qanunvericilik baxımından əhatəli müzakirəyə çıxarılacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR