AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Enerji Xartiyasının Baş katibi U.Rusnak “Cənubi Qafqazda enerji təhlükəsizliyi” adlı bəyanat verib

  • + A
  • - A
  • 12-10-2020, 19:41

    AzadMedia.az xəbər verir ki, Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak “Cənubi Qafqazda enerji təhlükəsizliyi” adlı bəyanat verib.

    AzadMedia.az Energetika Nazirliyinin məlumatına əsasən, Energetika nazirinin müşaviri-mətbuat katibi Zəminə Əliyevanın verdiyi məlumata görə, bəyanatda Baş katib U. Rusnak tərəfindən beynəlxalq öhdəliklərə uyğun davranılmasına, mühüm enerji infrastrukturuna təsir göstərə biləcək yaxud enerji təchizatını əhəmiyyətli dərəcədə poza və ya dayandıra biləcək hər hansı hərəkətdən çəkinilməsinə çağırış edilib.

    Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazov tərəfindən Beynəlxalq Enerji Xartiyası Katibliyinə və digər beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektriik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR