AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Spiker: “Prezidentin verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir”

  • + A
  • - A
  • 6-11-2020, 12:57


    “Erməni şovinistləri öz havadarları ilə birlikdə bir əsrdən çoxdur ki, xalqımıza qarşı apardığı informasiya müharibəsində də sarsıdıcı zərbələr alır”.

    APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

    O bildirib ki, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını söyləyən prezidentimiz hər kəsə nümunə göstərir:

    “Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir. Mən əminəm ki, Azərbaycan ordusunun zəfər yürüşünün başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq. Prezidentin də dediyi kimi biz haqq mübarizəsindəyik və zəfər çalacağıq. Qarabağ Azərbaycandır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR