AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ulduz" metrosuna şəhid Xudayarın adı veriləcək?

  • + A
  • - A
  • 1-12-2020, 17:37


    Vətən müharibəsindəki qələbəmizdə əsas rolu olan şəhid və qazilərimizlə bağlı sosial şəbəkə istifadəçiləri maraqlı təkliflərlə çıxış edir. Həm qəhrəmanlığı, həm də ifası ilə adını tarixə yazan şəhidimiz Xudayar Yusifzadə ilə bağlı da aktiv sosial şəbəkə iştirakçıları maraqlı təkliflə ölkə başçısına müraciət edib.

    Müraciətdə bildirilir:

    "Şəhid Xudayar Yusifzadənin adı metro stansiyalarından birinə, ən uyğunu "Ulduz" stansiyasına verilsin və həmin stansiyada qatar dayananda isə Xudayarın səsiylə "Keçdi xəyalımdan öz gözəl yurdum,
    Dumanlar başında dastana döndü" musiqisi səsləndirilsin".

    Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən millət vəkili Fazil Mustafa söyləyib ki, belə təşəbbüslər olmalıdır və olması da çox yaxşı haldır:

    "Onların hamısı bizim qardaşlarımız, övladlarımızdır. Belə məsələlərlə bağlı ümumi müzakirə olunmalı, ondan sonra qərar verilməlidir. Nəzərə alaq ki, şəhidlərimiz bir deyil, iki deyil. Ona görə bu məsələdə diqqətli olmalıyıq. Hansısa bir formada birini digərindən fərqləndirmək insanların narazılıqlarının ortaya çıxmasına səbəb ola bilər. Belə təşəbbüslər insanların duyğularıdır və mən buna hörmətlə yanaşıram. Amma bütövlükdə bunu sistemləşdirib etmək lazımdır. Küçə, prospekt, məktəb və digər yerlərə veriləcək adlar müzakirə olunmalıdır. Çünki müharibə artıq yekunlaşıb, müəyyən dərəcədə son akkordlardır. Bir az başımız açılıb və bu məsələyə diqqət daha çox ayrılacaq. Şəhidlərlə bağlı konkret addımlar atılacaq. Orden və medallar veriləcək. İndi birinci mərhələ orden, medalların verilməsidir. Bildiyim qədərilə Xudayara da ölümündən sonra orden veriləcək. O da müharibənin simvollarından birinə çevrildi. Ona görə ona da layiq olduğu adı Azərbaycan dövləti və xalqı verəcək. Mən yenə deyirəm, şəhidlərimiz çoxdur və onlarla bağlı işləri sistemli şəkildə həyata keçirməliyik".

    "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə bildirib ki, şəhidlərimiz bizim üçün çox qiymətlidir:

    "Adların verilməsi isə yalnız Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələdir. Ona görə də mənim konkret fikir bildirməyim doğru deyil".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR