AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bu addım ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısının göstəricisidir”

  • + A
  • - A
  • 3-12-2020, 14:18

    Məşhur Məmmədov: “Şəhid ailələrinin sosial təminatının mütəmadi surətdə yüksəldilməsi dövlətimizin hər zaman diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir”

    “Bu addım ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısının göstəricisidir”

    Xəbər verdiyimiz kimi, Azərbaycan Banklar Assosiasiyası bəyanat yayıb. Bəyanatda ölkə başçısının tapşırığına əsasən Vətən Müharibəsində həlak olan bütün şəhidlərin bank borcunun tam həcmdə silindiyi qeyd olunur:

    “Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan Prezidentinin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq müəyyən qərarlar qəbul edib. Belə ki, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi, hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılması, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilməsi, həmçinin torpaqların azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilməsinə dair qərarlar qəbul edilib”.

    Vətən uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin bank borclarının silinməsi ölkə başçısının şəhid ailələrinə növbəti diqqət və qayğısının təcəssümü hesab edilə bilərmi?

    Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, ölkə başçısının hər zaman şəhid ailələrinə böyük diqqət yetirdiyini, onları maraqlandıran məsələlələrə xüsusi həssaslıqla yanaşdığını qeyd etdi:

    “Təbii ki, bu addım hər şeydən öncə cənab prezidentin şəhidlərimizə olan hörmət və ehtiramının, şəhid ailələrinə olan diqqət və qayğısının nəticəsidir. Hansı ki, biz bundan öncə də ölkə başçısının şəhid ailələrinə daim diqqət göstərməsinin, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm layihələrə imza atmasının şahidi olmuşuq.

    Ümumiyyətlə, biz həm Vətən Müharibəsi, həm də ondan sonrakı dönəmdə bütün cəmiyyətin, xalqın, ən müxtəlif təşkilat və institutların, QHT-lərin dövlətlə ciddi həmrəylik sərgiləməsinə şahid olduq. Məhz xalq-dövlət birliyi düşmən üzərində qısa zamanda qələbə əldə etməyə imkan verdi. Yəni hər kəs bir nəfər kimi eyni nöqtəyə vurdu, eyni amal uğrunda mübarizə apardı.

    Şəhidlərin bank borclarının tam həcmdə silinməsi olduqca təqdirəlayiq bir addımdır. Bununla yanaşı əminəm ki, biz yaxın gələcəkdə sosial həyatın bütün sahə və sferalarında şəhid ailələri ilə bağlı yeni-yeni mütərəqqi addım və yeniliklərə şahid olacağıq. Dövlətimizin gördüyü və görəcəyi tədbirlər sayəsində şəhid ailələrinin sosial rifahı daha da yüksələcək, onların sosial təminatı ən yüksək səviyədə təmin ediləcək.

    Bütün vətəndaşlarımızın, xüsusilə də şəhid ailələrinin sosial təminatının mütəmadi surətdə yüksəldilməsi dövlətimizin hər zaman diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir və bu qayğı hər bir vətəndaşımız tərəfindən hiss edilməkdədir. Və heç şübhəsiz, biz buna görə xalqımızın rifahı üçün gecə-gündüz böyük əmək sərf edən cənab prezidentimizə minnətdarıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR