AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda İkinci Qarabağ müharibəsinin qaziləri ilə növbəti görüş keçirildi

  • + A
  • - A
  • 19-12-2020, 11:03



    Göyçay rayonunda 44 günlük tarixi qələbə ilə yekunlaşan müharibənin şəhid ailələri, qazilərlə karantin rejiminə uyğun olaraq görüşlər keçirilir.

    Belə görüşlərdən biridə 18 dekabr 2020 ci il tarixində rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, qismən sağlamlığını itirmiş İkinci Qarabağ müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir. Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olanaraq, ruhlarına duallar oxundu.

    Görüşdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov çıxış edərək böyük qələbə münasibəti ilə qalib əsgərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan Cənab İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib. Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Çıxış edən natiqlər düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizdən Emin Cavanşir oğlu Cəbrayılovun və Elxan Vaqif oğlu Əliyevin xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək hədiyyə və təşəkkürnamə təqdim edib.

    Bildirildi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar. Suqovuşandan Şuşaya gedən yol. Güllələrimiz boşa getmədi, hər bir güllə bir düşmənin məhv edilməsinə görə atılırdı. Hər bir addımmımız qələbəyə inamı artırırdı. Qəhrəman əsgərlərimiz Suqovuşan və Şuşa döyüşlərindən, Azərbaycan ordusunun əsgərlərində vətənpərvərlik ruhundan, nizam-intizamdan nəhayət qələbəyə inamın yüksək olduğundan danışdılar. Əsgər Cəbrayılov döyüş bayrağını 7 noyabr 2020 ci il tarixində Şuşanın girişində sancmasını qeyd edərək, düşmən gülləsinə tuş gəldiyini vurğuladı. Şuşa döyüşünün dünya hərb tarixində öz yerini tutacağına inandığını bildirdi.

    Əsgərimizin vaideyinləri Cavanşir Cəbrayılov və Hicran Cəbrayılova 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın 44 gün ərzində Ali baş komandanın əmri ilə azad olunmasında edən döyüşlərdə oğullarının iştirak etməsindən fərəh keçirdiklərini qeyd etdilər. Bu gün torpaqlarımız azad olub, şəhidlik zirvəsinə çatan övladlarımıza Allahdan rəhmət diliyən qazilərimiz bundan sonrada istənilən vaxt vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər.
    Əsgər E. Cəbrayılov, E. Əliyev rayon İcra Hakimiyyətində qəbul olunduğu üçün öz dərin təşəkkür və minnətdarlığını bildirmişdir.
    Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.
    Göyçayda İkinci Qarabağ müharibəsinin qaziləri ilə növbəti görüş keçirildi









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR