AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlikdən qiymətləndirmə ilə bağlı valideynlərə XƏBƏRDARLIQ

  • + A
  • - A
  • 21-12-2020, 17:46

    “Qiymətləndirmə zamanı kənar təsirlərin olmaması üçün sistem təkmilləşdirilməlidir. Amma bu, müəyyən vaxt aparacaq”.

    Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə “Virtual məktəb”də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

    O bildirib ki, valideynlər qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdır:

    “Bu, bizim real nəticələri görməyimizə mane olur, eyni zamanda, şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır.

    Belə imtahanlar istər milli qiymətləndirmə, istərsə də məktəbdaxili qiymətləndirmə onlayn olarsa, valideynlər müdaxilə etməsinlər”.

    “Valideynlər övladlarını layiq olmadığı balla qiymətləndirilməsinə, məncə, razı olmazlar”, - deyə o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR